Baku Shipyard LLC

Bu gün 21 Fevral 2019 il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında iki tankerin tikintisi üzrə yeni müqavilə imzalanıb.

Bu gün 21 Fevral 2019 il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında eyni tipli daha iki tankerin tikintisi üzrə yeni müqavilə imzalanıb.

Gəmilərin ümumi xarakteristikasına gəlincə isə, uzunluğu 141 metr, eni 16.9 metr, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7875 T və çayda 5447 T olan tanker 2 ədəd hər biri 1,200kW gücə malik “Wartsila” istehsalı olan mühərriklərlə təchiz edilmişdir. 11 nəfərlik heyətlə idarə edilən bu gəmilər saatda 10 uzel sürətlə hərəkət etmək imkanına malikdirlər. Tankerlərin hər biri xam neft və neft məhsulları daşınması üçün ümumi tutumu 9190 kub metr olan 6 yük tankına malikdirlər.

Share this page