Baku Shipyard |

Blog

6 noyabr 2021- ci il tarixində Rusiya Federasiyası Nəqliyyat Nazirinin Birinci Müavini cənab Andrey Kostyuk və Rusiya nümayəndə heyəti Bakı Gəmiqayırma Zavodunu ziyarət edərək zavodun fəaliyyəti ilə yaxından tanış olub.

6 noyabr 2021- ci il tarixində Rusiya Federasiyası Nəqliyyat Nazirinin Birinci Müavini cənab Andrey Kostyuk və Rusiya nümayəndə heyəti Bakı Gəmiqayırma Zavodunu ziyarət edərək zavodun fəaliyyəti ilə yaxından tanış olub.
Ziyarət zamanı Bakı Gəmiqayırma Zavodunun Baş Meneceri İmanverdi Həsənov Zavod tərəfindən ötən illər ərzində icra edilmiş işlər və mövcud layihələr haqqında qonaqlara ətraflı məlumat verib.
Görüşün sonunda nazir müavini öz növbəsində təşəkkürünü bildirib və bəzi layihələrin həyata keçirilməsində əməkdaşlıq etmək potensialının olduğunu vurğulayaraq Bakı Gəmiqayırma Zavoduna gələcək fəaliyyətində uğurlar arzulayıb.

On November 6, 2021, the First Deputy Minister of Transport of the Russian Federation Mr. Andrey Kostyuk and the Russian delegation visited Baku Shipyard.
During the visit, the General Manager of Baku Shipyard LLC Mr. Imanverdi Hasanov provided detailed information about the works been performed and key milestones achieved by Shipyard over the years, as well as ongoing projects.
At the end of the meeting, the Deputy Minister in turn provided his appreciation, emphasized the possibility of cooperation in the implementation of some projects, and wished Baku Shipyard success in its future operation.

6 Ноября 2021 года, Первый заместитель Министра транспорта Российской Федерации господин Костюк Андрей Александрович и российская делегация посетили Бакинский Судостроительный Завод.
Во время визита Генеральный Директор Завода Иманверди Гасанов представил подробную информацию о реализуемых и завершенных проектах за весь период функционирования завода.
В завершение встречи Заместитель Министра, в свою очередь, поблагодарил и подчеркнул о возможности сотрудничества в реализации некоторых проектов и пожелал Бакинской судоверфи успехов в дальнейшей деятельности.

Share this page
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on telegram

“Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankerinin suya salınma mərasimi

“Akademik Xoşbəxt Yusifzadə”

20 Sentyabr 2021-ci il,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) inşa edilən “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri inşasının növbəti mərhələsinə qədəm qoyub.

Tanker zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

“Neftçilər Günü”ndə baş tutan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin   suyasalınma mərasimində Azərbaycan xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev,  Bakı Gəmiqayırma Zavodunun baş meneceri İmanverdi Həsənovla yanaşı, hər iki qurumun əməkdaşları və Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri iştirak ediblər.

“Akademik Xoşbəxt Yusifzadə” tankerinin uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.

Play Video
Share this page
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on telegram

“Kəlbəcər” neftdaşıyan tankeri istismara verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Gəmiqayırma Zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib.

Bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb.

Uzunluğu 141 metr, eni 16.9 metr olan “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7,800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Tankerin texniki göstəriciləri, xüsusilə suya oturumu digərləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımasına imkan yaradır.

Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Kəlbəcər” neft tankeri Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş növbəti neftdaşıyan tankerdir. Bu tanker yerli mütəxəssislər tərəfindən inşa edilib.

Play Video
Share this page
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on telegram

Ro-Pax tipli “Akademik Zərifə Əliyeva” bərə-gəmisi suya salındı və eyni təyinatlı “Azərbaycan” bərə-gəmisi istismara verildi.

01 Mart 2021 il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Bakı Gəmiqayırma Zavodunda Ro-Pax tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” bərə-gəmisinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə Əliyeva” bərə-gəmisinin suya salınması mərasimində iştirak ediblər.

Ro-Pax tipli “Akademik Zərifə Əliyeva” bərə-gəmisi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunub.

Prezident İlham Əliyev “Akademik Zərifə Əliyeva” bərə-gəmisinin suya salınmasını bildirən düyməni basıb.

Birinci xanım Mehriban Əliyeva isə gəminin suya salınmasını bildirən rəmzi lenti kəsib.

Sonra Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Ro-Pax tipli “Azərbaycan” bərə-gəmisinin istismara verilməsi mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev bərə-gəmisinin istismara verilməsini bildirən düyməni basıb.

Qeyd edək ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq.

“Azərbaycan” Ro-pax/ Bərə Gəmisi İstismara verildi

Özünəməxsus unikallığı ilə seçilən bu gəmilərin ümumi xarakteritikası, uzunluğu 154.50 metr, eni 17.70 metr, bortun hündürlüyü isə 7.5 metrdir. 30 nəfərlik heyətlə idarə edilən bu gəmilər saatda 14 knot sürətlə hərəkət edə biləcək.

Qısa beynəlxalq səfərlər üçün nəzərdə tutulmuş gəmilər 100 nəfər sərnişin tutumuna malik olmaqla yanaşı, T-1 ölçülü dəmiryolu vaqonlarının (Vaqon-çənlər 56 ədəd, Yarımvaqonlar 46 ədəd, Yük vaqonları 44 ədəd), avtomobillərin və yük maşınlarının (Yarımqoşqulu yük avtomobilləri 50 ədəd) daşınması imkanlarına malikdir.

Gəmilər 2600 kVt gücə malik iki ədəd əsas mühərrik, 188 t yük qaldırma qabiliyyətli yük lifti, helikopter meydançası, yan rampa, stabilizator sistemi, iki ədəd dartıcı lokomotivlə təchiz olunmuşdur.

Play Video
Share this page
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on telegram

“Kəlbəcər” adlı yeni neft tankeri suya salınmışdır.

Gəminin gövdə hissəsinin İnşası 100% başa çatıb.

Qalan tamamlanma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Kəlbəcər” tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir.


“Kəlbəcər” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi  saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş  ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.


Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatdıqdan sonra “Kəlbəcər” tankerinin dəniz-istismar sınaqlarına başlanacaq.


Yeni nəsil “Kəlbəcər” tankerinin xarici sularda istismarı nəzərdə tutulur.


Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir. Ötən ilin sonunda istismara verilmiş “Laçın” adlı ilk tanker artıq üçrəngli bayrağımız altında xarici sularda istismar olunur. Eyni zamanda, ASCO-nun sifarişinə uyğun olaraq daha iki ədəd eyni tipli gəminin tikintisi işləri də qrafikə uyğun davam edir.


Bununla belə, hazırda ASCO-nun donanmaları üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı Gəmiqayırma Zavodu ilə danışıqlar davam etdirilir

Play Video
Share this page
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on telegram

“Laçın” tankeri dünyanın ən yaxşı gəmiləri siyahısında yer alıb

ASCO-nun sifarişi əsasında Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Laçın” tankeri dünyanın ən yaxşı gəmiləri siyahısında yer alıb

“Laçın” tankeri Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects, RINA) siyahısına görə, 2019-cu ildə inşa edilən dünyanın ən yaxşı 50 mülki gəmisindən biri olub.

Özünəməxsusluğu ilə seçilən tanker Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. Gəminin uzunluğu 141, eni 16.9 metrdir.

Qeyd edək ki, “Laçın” tankeri ötən il dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib. Bu, Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk tankerdir.

Share this page
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on telegram

Fransanın Azərbaycandakı səfiri “Bakı Gəmiqayırma Zavodu” MMC ilə tanış olub

Fransanın Azərbaycandakı səfiri “Bakı Gəmiqayırma Zavodu” MMC İlə tanış olub

12 mart 2020-ci il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros “Bakı Gəmiqayırma Zavodu” MMC- ni (BGZ) ziyarət edib və zavodun fəaliyyəti ilə yaxından tanış olub. Yüksək səviyyəli qonağı salamlayan BGZ- nin baş meneceri İmanverdi Həsənov ilk öncə xoşməramlı ziyarətinə görə cənab Zakari Qros- a öz təşəkkürünü bildirib, daha sonra ötən dövr ərzində zavodun həyata keçirdiyi və hal-hazırda davam edən layihələrlə bağlı görülmüş işlər haqqında ətraflı məlumat verib. Görüşdə həmçinin gələcəkdə gəmi təmiri və gəmi tikintisinin inkişaf perspektivləri, Xəzəryanı ölkələrin bu prosesdəki rolu və s. məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

previous arrow
next arrow
Shadow
Slider

Səmimi qəbul üçün minnətdarlığını bildirən fransalı səfir ölkələrimiz arasında müxtəlif istiqamətlərdə olduğu kimi, gəmiqayırma və gəmi təmiri sahəsində də əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayaraq fəaliyyəti müddətində bu əlaqələrin genişləndirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.

onda burada yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq BGZ- yə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Share this page
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on telegram

“Laçın” Neft Daşıyan Tanker istismara verildi

13 dekabr 2019 tarixində Azərbaycanda İnşa edilən İlk Neft Daşıyan Tanker “Laçın” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştraki ilə, istismara verilməsinə həsr olunmuş tədbir keçirilmişdir.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev və  “Bakı Gəmiqayırma Zavodu” MMC-nin baş meneceri İmanverdi Həsənov dövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər. Sonra isə, Prezident İlham Əliyev “Laçın” Neft Daşıyan Tankerinin istismara verilməsini bildirən lenti kəsib və düyməni basıb.

Davamında cənab Prezident “Bakı Gəmiqayırma Zavodu” MMC-də Sərnişin, Avtomobil və Dəmiryolu vaqonları Daşıyan “Azərbaycan” Bərə gəmisinin suya salınmasına həsr olunmuş tədbirində də iştirak edib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda əlavə üç ədəd eyni tipli Neftdaşıyan Tankerlər inşa olunur.

Özünəməxsus unikallığı ilə seçilən bu gəmilərin layihəsi Odessa Dəniz Mühəndisliyi Bürosu tərəfindən hazırlanmışdır. Gəmilərin ümumi xarakteritikasına gəlincə isə, uzunluğu 141 metr, eni 16.9 metr, hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən bu gəmilər saatda 10 uzel sürətlə hərkət edə biləcəklər. Tankerlərin hər biri xam neft və neft məhsulları daşınması üçün ümumi tutumu 9212 kub metr olan 6 yük tankına malikdirlər. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan tankerlər iki ədəd hər biri 1,200 kW gücə malik “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.

Yeni Neft Daşıyan Tankerinin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan Bakı Gəmiqayırma Zavodunun növbəti uğurudur. Zavod Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığının aradan qaldırılmasına xidmət edərək, Xəzər donanmasını müasirləşdirməyə imkan verir.

Onu da qeyd etmək lazımdır ki, Bakı Gəmiqayırma Zavodu 20 sentyabr 2013- cü ildə, cənab prezident İlham Əliyevin iştirakı ilə rəsmi fəaliyyətə başlamışdır və hal- hazırda burada əsas etibarilə yerli işçilərdən ibarət olmaqla 1600 nəfər heyət çalışmaqdadır.

Play Video
Share this page
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on telegram

Prezident İlham Əliyev ilk tankerin istismara verilməsi və “Azərbaycan” adlı bərə-gəmisinin suya salınması mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və “Azərbaycan” adlı bərə-gəmisinin suya salınması mərasimində iştirak edib.

previous arrow
next arrow
Shadow
Slider

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına tanker barədə məlumat verdi.

Bildirildi ki, özünəməxsusluğu ilə seçilən “Laçın” adlı ilk neft tankeri Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib.

Rauf Vəliyev: Ümumiyyətlə, Azərbaycan tarixində bu, bir ilkdir. Buna böyük ehtiyac var idi. Özü də Azərbaycanda sıfırdan inşa olunub.

Prezident İlham Əliyev: Bu, bir daha göstərir ki, nə qədər düzgün qərar qəbul etmişik. Gəmiqayırma zavodunun tikintisi doğrudan da böyük hadisədir. İndi bizə lazım olan bütün gəmilər Azərbaycanda istehsal edilə bilər. Tarixdə ilk dəfə, həm tanker, həm də ki, gəmi-bərə tikilib.

Rauf Vəliyev: Cənab Prezident, tankerin uzunluğu 141 metr, eni 16,9 metrdir. Gəminin ağırlığı 7875 tondur.

Prezident İlham Əliyev: Bu layihə burada işlənilib?

Rauf Vəliyev: Bəli, Volqa-Don MAX layihəsidir. Volqa-Don çayından keçmək imkanı olan və maksimum yükgötürmə qabiliyyətinə malik tankerdir. Başqalarından fərqli olaraq, 4-5 min tondan artıq yüklə ölçülərinə görə bu kanaldan keçmək imkanına malikdir.

Prezident İlham Əliyev: Volqa-Dondan adətən daha kiçik gəmilər keçir. Bu da keçə bilir?

Rauf Vəliyev: Bəli, maksimum 5600 ton yüklə oradan keçmək imkanına malikdir.

Prezident İlham Əliyev: Çox yaxşı, bu tankerlərdən bizdə neçəsi inşa edilib?

Rauf Vəliyev: Ümumiyyətlə, bizdə 20 tanker var. Sizin dəstəyinizlə hazırda dördü sifariş olunub və inşa edilir.

Prezident İlham Əliyev: Zavod da işləyir. İş yerləri açılıb. İndi zavodu sifarişlərlə biz özümüz təmin edirik və gəmilərin tikintisinin maliyyə yükünün əsas hissəsini Xəzər Dəniz Gəmiçiliyi öz üzərinə götürüb. Elədirmi?

Rauf Vəliyev: Bəli, 30 faizi dövlət tərəfindən təmin olunur.

Prezident İlham Əliyev: 30 faiz dövlət, 70 Gəmiçilik. Bu da onu göstərir ki, Gəmiçilik indi gəlirlə işləyir və əldə edilmiş gəlir kənara getmir, Azərbaycanda qalır. Azərbaycanda tankerlər, bərələr inşa edilir. Yəni, pul qalır ölkəmizdə. Vaxt var idi ki, Xəzər Dəniz Gəmiçiliyi dövlətdən dotasiya alırdı. Vergi şəklində cəmi 1 milyon manat ödəyirdi. Amma sonra tədbirlər görüldü, o cümlədən kadr islahatları aparıldı. İndi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gözəl standartlara çatıbdır və beynəlxalq şirkət kimi fəaliyyət göstərir.

Rauf Vəliyev: Çox sağ olun, cənab Prezident, Sizin dəstəyinizlə.

Prezident İlham Əliyev: Biz indi Xəzərdə ən böyük donanmaya malikik, 200-dən çox gəmimiz var və indi yeni gəmilər də istismara verilir. Gəmilərin sayı artacaq.

Qeyd edək ki, “Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək. Yeni nəsil tankerin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan Bakı gəmiqayırma zavodunun növbəti uğurudur. Hazırda zavodda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri vardır.

Prezident İlham Əliyev “Laçın” tankerinin istismara verilməsini bildirən düyməni basdı.

Prezident İlham Əliyev: Zavodu Azərbaycan özü sifarişlərlə təmin edəcək. Ancaq çalışın, qonşu ölkələrə də bu xidmətləri göstərə bilək ki, daha çox pul qazanaq.

Rauf Vəliyev: İlk gəminin də adını Siz qoydunuz, “Azərbaycan”.

Prezident İlham Əliyev: Bəli, adı da “Azərbaycan” olmalıdır. Bu layihə harada hazırlanıb?

Rauf Vəliyev: Bu layihəni də Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb. Bizim müəssisə onunla birgə işləyir. Bu, Xəzərdə ən çox avtomobil və TIR götürən gəmi olacaq.

Prezident İlham Əliyev: Bizdə olan bərələrdən daha böyükdür?

Rauf Vəliyev: Bu, 56 vaqon götürür, 50-də TIR götürəcək. Bunu çoxfunksiyalı etmişik. Yəni, vaqon və TIR-dan başqa, həm də 100 sərnişin.

Sonra Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunan ilk sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyan “Ro-Pax” tipli “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirak etdi.

Məlumat verildi ki, gəmi-bərənin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Qalan tikinti və quraşdırma işləri gəmiqayırma zavodunun yanalma körpüsündə davam etdiriləcək. Nadir dizayna malik “Ro-Pax” tipli gəmi-bərə yüksək texniki göstəricilərinə görə fərqlənir.

Prezident İlham Əliyev “Azərbaycan” gəmi-bərəsinin suya salınmasını bildirən düyməni basdı.

Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər dənizində yeganə bərə operatorudur. Qurumun bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir.

Prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və onun alyans tərəfdaşı olan “Caspian Marine Services” tərəfindən alınan 5 platforma-təchizat gəmisinin istifadəyə verilməsi mərasimində də iştirak etdi.

Məlumat verildi ki, “Xocalı”, “Quba”, “Murovdağ”, “Savalan” və “Şahdağ” adlarını daşıyan müasir platforma-təchizat gəmiləri İtaliyanın bu sahədə aparıcı gəmiqayırma zavodunda inşa edilib. Əsas təyinatı neft-qaz platformalarının təchizatı olsa da, bu gəmilər seysmik və tədqiqat işləri, sualtı əməliyyatlara dəstək, dəniz səthinin neft və neft məhsullarından təmizlənməsi kimi əməliyyatları da həyata keçirir.

Rauf Vəliyev: Cənab Prezident, son 20 ildə öz tərəfdaşlarımızla bu tip 10 gəmi gətirmişik. Amma onların hamısı bunun bir az kiçik formasıdır.

Prezident İlham Əliyev: Bu 5 gəmi bizə kifayətdir?

Rauf Vəliyev: Hələ ki, bu günə kifayətdir. Adətən bu tip gəmilər öncədən uzunmüddətli kontraktlarla gətirilir. Sadəcə, biz gələcək tələbatı və yaranmış vəziyyəti nəzərə alaraq gətirdik və bu gün alınan gəmilərin hamısı artıq kontraktdadır. Bunun 5-ni bu il gətirmişik, 4-nü isə keçən il. İkisini isə ondan əvvəl. İki ilə gətirdiyimiz bu 11 gəminin hamısı kontraktdadır.

Prezident İlham Əliyev: Boş dayanan gəmi yoxdur?

Rauf Vəliyev: Xeyr, yoxdur.

Prezident İlham Əliyev “Xocalı”, “Quba”, “Murovdağ”, “Savalan” və “Şahdağ” platforma-təchizat gəmilərinin istifadəyə verilməsini bildirən düyməni basdı.

Rauf Vəliyev: Bayaq Sizə məruzə etdiyim kimi, bu gəmilərdən təchizatla yanaşı, həm də yanğından mühafizə işlərində istifadə olunur. “Xocalı” və “Quba” gəmiləri Xəzərdə bu tipli gəmilərin ən böyükləridir.

Prezident İlham Əliyev: Bunlar digər gəmilərdən fərqlənir?

Rauf Vəliyev: Bəli, bu gəmilər həcmcə daha böyükdür. Şükürlər olsun, gəmilərin 5-i də gəldi, 5-i də kontraktdadır.

Prezident İlham Əliyev: Çox yaxşı. Heyət də formalaşıb?

Rauf Vəliyev: Bəli, heyət də 100 faiz azərbaycanlılardan formalaşıb. Ən önəmlisi odur ki, adətən neft-qaz layihələrini yerinə yetirmək üçün operator olan xarici şirkətlərlə uzunmüddətli kontraktlar bağlanırdı. Bu gəmilər bəzən 1 il müddətinə sifariş olunurdu, lakin altı aydan sonra növbəti kontrakt imzalamaq lazım gəlirdi, beləliklə, qalan 6 ayın pulu xarici şirkətlərə ödənilirdi. Bizim isə Dövlət Neft Şirkəti, BP, Total ilə danışıqlarımız belə oldu ki, onlar bizə öz proqnozlarını verirlər. Biz çalışırıq ki, verilən proqnoz əsasında burada gələcək layihələr üçün tələb oluna biləcək sayda gəmi saxlayaq. Onlar yalnız lazım olan dövrün pulunu ödəyirlər.

Prezident İlham Əliyev: Çox yaxşı, əlbəttə, bu, daha məntiqlidir.

Rauf Vəliyev: Bəli, çox sağ olun.

Qeyd edək ki, sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verən DP-2 sisteminə, eləcə də dəniz obyektlərində yanğın zamanı hadisəyə ilkin müdaxilə etməyə şərait yaradan FiFi-1 təsnifat dərəcəsinə malik bu yeni gəmilər Xəzərdə neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən şirkətlərə xidmət göstərəcək.

Bu gün istismara verilən gəmilər Xəzərdə aparıcı mövqeyimizin qorunub saxlanılmasında, xarici sularda fəaliyyətin genişləndirilməsi ilə bir bazardan asılılığın aradan qaldırılmasında, Azərbaycan ərazisindən artan tranzit yüklərin daşınmasında, dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasında gəmilərin sayının artması dənizçilər üçün yeni iş yerlərinin açılması baxımından da önəmlidir.

Share this page
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on telegram

Çili Respublikasının Müvəqqəti İşlər Vəkili “Bakı Gəmiqayırma Zavodu” MMC- ni ziyarət etmişdir

Bu gün Çili Respublikasının ölkəmizdəki Müvəqqəti İşlər Vəkili –cənab Gabriel Jara Maldonado və onu müşayiət edən qonaqlar “Bakı Gəmiqayırma Zavodu” MMC- ni (BGZ) ziyarət etmiş və zavodun rəhbərliyi İlə görüşmüşdür.

Görüş “Sumqayıt Kimya Sənaye Parkı” MMC –nin dəstəyi və təşkilatçılığı ilə baş tutmuşdur.
Yüksək səviyyəli qonağı salamlayan BGZ- nin baş meneceri İmanverdi Həsənov ilk öncə xoşməramlı ziyarətinə görə cənab Gabriel Jara- ya öz təşəkkürünü bildirmişdir, daha sonra ötən dövr ərzində zavodun həyata keçirdiyi və hal-hazırda davam edən layihələrlə bağlı görülmüş işlər haqqında ətraflı məlumat vermişdir.
Görüşdə həmçinin gələcəkdə gəmi təmiri və inşasının inkişaf perspektivləri, Xəzəryanı ölkələrin bu prosesdəki rolu və s. məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Daha sonra, cənab Səfir yüksək qonaqpərvəliyə və səmimi fikir mübadiləsinə görə BGZ- nin rəhbərliyinə öz təşəkkürünü bildirmiş, Çili Respublikasının gəmiqayırma və mühəndislik şirkətlərinin öz Azərbaycanlı həmkarları ilə əməkdaşlığında maraqlı olduğunu və həmçinin Səfirlik tərəfindən bu kimi təşəbbüslərin dəstəkləndiyi fikirlərini səsləndirmişdir.

Share this page
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on telegram