Baku Shipyard LLC

“Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankerinin suya salınma mərasimi

“Akademik Xoşbəxt Yusifzadə”

20 Sentyabr 2021-ci il,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) inşa edilən “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri inşasının növbəti mərhələsinə qədəm qoyub.

Tanker zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

“Neftçilər Günü”ndə baş tutan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin   suyasalınma mərasimində Azərbaycan xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev,  Bakı Gəmiqayırma Zavodunun baş meneceri İmanverdi Həsənovla yanaşı, hər iki qurumun əməkdaşları və Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri iştirak ediblər.

“Akademik Xoşbəxt Yusifzadə” tankerinin uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.