2 avqust 2022-ci il tarixində İtaliyanın gəmi təsnifatı cəmiyyəti olan RİNA şirkətinin nümayəndələri, Qlobal Kommersiya direktoru cənab Pino Spadafora, Orta Şərq, Türkiyə və Xəzər bölgəsi üzrə Kommersiya direktoru xanım Özge Gümüşkaynak və şirkətin yerli nümayəndəsi Orxan Ömərov ilə Bakı Gəmiqayırma Zavodunun rəhbərliyi arasında görüş baş tutub. Görüş zamanı qonaqlara zavodun cari fəaliyyəti və istehsal potensialı, həmçinin, mövcud və tamamlanmış layihələr haqqında ətraflı məlumat verilib. Qarşılıqlı maraq doğuran məsələlər və mümkün əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
On August 2, 2022, representatives of RINA, the ship classification society of Italy, Mr. Pino Spadafora, Global Commercial Director, Ms. Özge Gümüşkaynak, Commercial Director for the Middle East, Turkey, and the Caspian region, and Orkhan Omarov, the company’s local representative, met with the management of the Baku Shipyard. During the meeting, the guests had been informed about the current activities and production potential of the yard, as well as existing and completed projects. There was a broad exchange of views on issues of mutual interest and a discussion about possible opportunities for further cooperation.