Baku Shipyard LLC

Bakı Gəmiqayırma Zavodunun rəsmiləri NEVA sərgisində layihələrimizi nümayiş etdirərək, onlar haqqında gələn qonaqlara məlumat verib.

18 Sentyabr 2029-cü il tarixindən dünyanın ən ixtisaslaşmış dəniz sərgisi olan NEVA, öz fəaliyyətinə başlayıb. Rusiyanın Sankt-Peterburq şəhərində baş tutan tədbir 4 gün davam edəcək.

Beynəlxalq sərginin əsas iştirakçılarından biri də Bakı Gəmiqayırma Zavodudur.

Xəzər dənizinin ən müasir gəmiqayırma və gəmi təmiri zavodu olan Bakı Gəmiqayırma Zavodunun rəsmiləri sərginin gedişatında layihələrimizi nümayiş etdirərək, onlar haqqında gələn qonaqlara məlumat verib. Həmçinin müxtəlif görüşlər təşkil edilib. Bakı Gəmiqayırma Zavodunun gəmiçilik sahəsindəki qabaqcıl təcrübəsi, zavodun imkanlarının genişləndirilməsi, yeni layihələr üzərində fəal çalışması müzakirə olunub.

Share this page