Baku Shipyard LLC

Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişafı naziri Marat Karabayevin rəhbərlik etdiyi və Aktau, Kurık limanlarının rəhbərliyinin də daxil olduğu nümayəndə heyəti Bakı Gəmiqayırma Zavoduna səfər ediblər

13 avqust 2023-cü il tarixində Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişafı naziri Marat Karabayevin rəhbərlik etdiyi və Aktau, Kurık limanlarının rəhbərliyinin də daxil olduğu nümayəndə heyəti Bakı Gəmiqayırma Zavoduna səfər ediblər.

Görüş zamanı qonaqlara zavodun cari fəaliyyəti və istehsal potensialı, mövcud və tamamlanmış layihələr haqqında məlumat verilərək, mümkün əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Həmçinin tərəflər davamlı ticarət axının təmin olunması, ildən-ilə əhəmiyyəti kəskin artan Orta Dəhliz daxilində əlaqələrin sistemli şəkildə qurulması, habelə ekoloji davamlılığın təmin olunmasını diqqət mərkəzində saxlayıblar.

Share this page