Hörmətli həmkarlar,
Bu sorğunun məqsədi şirkətdaxili iş proseslərinin, departamentlərarası əməkdaşlığın və ümumi iş axınının səmərəliliyini qiymətləndirməkdir. Sizin səmimi və açıq cavablarınız iş mühitinin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Sorğu tam anonimdir. Heç bir şəxsi məlumat (ad, vəzifə, e-poçt, IP) toplanmır. Cavablar yalnız ümumiləşdirilmiş statistik formada təhlil olunacaq və fərdi şəxslərlə əlaqələndirilməsi mümkün deyil.
Hər sualdan sonra "Əlavə qeyd / şərh" bölməsi mövcuddur. Buradakı cavablar könüllüdür, lakin bizim üçün çox qiymətlidir. Təqdim olunan variantlardan kənara çıxan fikirlərinizi, konkret nümunələri və ya təkliflərinizi çəkinmədən qeyd edə bilərsiniz.
Sorğunun tamamlanması təxminən 15–20 dəqiqə çəkir. Cavablarınız üçün əvvəlcədən təşəkkür edirik.