Baku Shipyard LLC

Bakı Gəmiqayırma Zavodunda Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Bakı Gəmiqayırma Zavodunda Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar dekabrın 11-də Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC-də “Heydər Əliyev və Azərbaycan sənayesinin inkişafı” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.

Aidiyyəti dövlət qurumlarının iştirak etdiyi tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

“Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətləri barədə məlumat verib. Bildirilib ki, ulu öndərin inkişaf kursunun dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan qalib dövlət, dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir.
Millət vəkili Aydın Hüseynov öz çıxışında Heydər Əliyevin həyat fəaliyyəti və onun Azərbaycan xalqının taleyində oynadığı mühüm hadisələrlə bağlı öz fikirlərini bölüşüb.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli yol haqqında danışıb. O, partiyanın tarixi zərurətdən yaranaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edib.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Share this page