Bakı Gəmiqayırma Zavodu MMC

Gəmi təmiri

Bakı Gəmiqayırma Zavodu gəmi təmiri fəaliyyəti üçün ildə 100 ədəd müxtəliftipli gəmi qəbul etmək potensialına malikdir.

Orta dərinliyi 7 m olan 1100 m yanalma körpüsü; 168 m uzunluğunda, 40 m enində üzən dok, 18000 tona qədər inteqrasiya edilmiş TTS gəmi ötürmə sistemi ilə bir neçə gəmi təmiri və konversiyasını həyata keçirməyə imkan verir. Gəmilər asanlıqla TTS sistemli təmir lövhəsinə köçürülə və artıq lövhə üzərində qurulmuş relslərin köməyi ilə iki oxda hərəkət edə bilər.

Bakı Gəmiqayırma Zavodunun yüksək etibarlı, məsuliyyətli və zəhmətkeş təmir komandası müştərilərə gəminin istismar tələblərinə cavab vermək, təsnifat qaydalarına və tənzimləmələrinə riayət etmək, habelə gəminin istismar müddətini uzatmaq üçün ən yaxşı həllər və mükəmməl peşəkar gəmi xidməti təklif edir.