survey_ic Hörmətli həmkarlar, Bu sorğunun məqsədi şirkətdaxili iş proseslərinin, departamentlərarası əməkdaşlığın və ümumi iş axınının səmərəliliyini qiymətləndirməkdir. Sizin səmimi və açıq cavablarınız iş mühitinin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Sorğu tam anonimdir. Heç bir şəxsi məlumat (ad, vəzifə, e-poçt, IP) toplanmır. Cavablar yalnız ümumiləşdirilmiş statistik formada təhlil olunacaq və fərdi şəxslərlə əlaqələndirilməsi mümkün deyil. Hər sualdan sonra "Əlavə qeyd / şərh" bölməsi mövcuddur. Buradakı cavablar könüllüdür, lakin bizim üçün çox qiymətlidir. Təqdim olunan variantlardan kənara çıxan fikirlərinizi, konkret nümunələri və ya təkliflərinizi çəkinmədən qeyd edə bilərsiniz. Sorğunun tamamlanması təxminən 15–20 dəqiqə çəkir. Cavablarınız üçün əvvəlcədən təşəkkür edirik. Hansı departament və ya Şöbədə çalışırsız? Anbar Boru emalı Boru quraşdırma Boya və Astarlama Boya və Astarlama (GT) Daxili nəzarət Dəniz texnikası sistemləri Elektrik Elektrik (GT) Əməliyyatlar Gəmi gövdəsi Gəmi gövdəsi (GT) Gəmi interyeri Gəmi təmiri Gəmi tikintisi Havalandırma Hüquq İnformasiya Texnologiyaları İnfrastrukturun idarə edilməsi İnsan Resursları və İnzibati İşlər İnzibati xidmətlər İstismar və texniki xidmət İstismara təhvil Keyfiyyətin təminatı və uyğunluq Köməkçi konstruksiyalar Kommersiya Layihə idarəetmə Layihə idarəetmə (GT) Maliyyə Metal konstruksiya Mexanika Mexanika, boru, gəmi interyeri və havalandırma (GT) Mühəndislik Qurğular və yarımstansiyalar Rəhbərlik SƏTƏMM Takelaj Taxtabənd Təchizat zəncirinin idarə olunması Tərsanə Texnologiya (GT) 1 İşə başlamazdan əvvəl təqdim olunan texniki sənədlərin (çertyojların) ümumi keyfiyyətini və layihə boyunca sabitliyini necə qiymətləndirirsiniz? (aydınlıq, tamlıq və sonradan edilən dəyişikliklər baxımından) (qısa qeyd edə bilərsiniz) 1 – Çox zəif 2 – Zəif 3 – Orta 4 – Yaxşı 5 – Çox yaxşı Əlavə qeyd 2 Texniki qərarların verilməsi və dizaynla bağlı sonradan edilən düzəlişlərin ümumi iş prosesinin sürətinə təsirini necə qiymətləndirirsiniz? (qısa qeyd edə bilərsiniz) 1 – Çox zəif 2 – Zəif 3 – Orta 4 – Yaxşı 5 – Çox yaxşı Əlavə qeyd 3 İşə başlama mərhələsində material, resurs təminatı və iş planlarının real şəraitə uyğunluğunu necə qiymətləndirirsiniz? (qısa qeyd edə bilərsiniz) 1 – Çox zəif 2 – Zəif 3 – Orta 4 – Yaxşı 5 – Çox yaxşı Əlavə qeyd 4 Gündəlik iş prosesində yaranan gözləmə, fasilə və əlavə düzəlişlərin ümumi səbəbləri və iş axınına təsiri barədə nə deyə bilərsiniz? (qısa qeyd edə bilərsiniz) 5 Gündəlik üzləşdiyiniz problemlərdə layihə rəhbərinin (Köməkçisinin) problemin həllindəki rolun necə qiymətləndirisiniz? (əsaslı faktlarla qısa qeyd edə bilərsiniz) 1 – Çox zəif 2 – Zəif 3 – Orta 4 – Yaxşı 5 – Çox yaxşı Əlavə qeyd 6 Layihənin icra prosesini sürətləndirmək üçün hansı təklifləriniz var? (əsaslı faktlarla qısa qeyd edə bilərsiniz) 7 Təchizat prosesində material və avadanlıqların təmin olunma müddəti, qərarların verilməsi sürəti və alternativ mənbələrdən istifadə imkanlarını necə qiymətləndirirsiniz? (qısa qeyd edə bilərsiniz) 1 – Çox zəif 2 – Zəif 3 – Orta 4 – Yaxşı 5 – Çox yaxşı Əlavə qeyd 8 Departamentlər/Şöbələr arasında koordinasiya, qərarların verilməsi sürəti və yaranan problemlərin həll olunma operativliyini necə qiymətləndirirsiniz? (qısa qeyd edə bilərsiniz) 1 – Çox zəif 2 – Zəif 3 – Orta 4 – Yaxşı 5 – Çox yaxşı Əlavə qeyd 9 Sizin fikrinizcə, mövcud iş proseslərində vaxt itkisinə səbəb olan əsas amillər və bunların layihələrin vaxtında tamamlanmasına ən çox təsir edən hansılardır (qısa qeyd edə bilərsiniz) Texniki dəyişikliklər Material gecikməsi Planlama problemləri Koordinasiya çatışmazlığı Qərarların gecikməsi Digər: 10 İş proseslərinin daha səmərəli və operativ olması baxımından, mövcud çətinliklər, gecikməyə səbəb olan amillər və təkmilləşdirmə ehtiyacları barədə fikirlərinizi bölüşə bilərsinizmi? (qısa qeyd edə bilərsiniz) 11 Rəhbərlik tərəfindən verilən qərarlar, yönləndirmə və ümumi idarəetmə yanaşması sizi nə dərəcədə qane edir? (qısa qeyd edə bilərsiniz) 1 – Çox zəif 2 – Zəif 3 – Orta 4 – Yaxşı 5 – Çox yaxşı Əlavə qeyd 12 Mövcud əmək şəraiti, motivasiya və kompensasiya (əmək haqqı və digər amillər) baxımından ümumi məmnunluğunuzu necə qiymətləndirirsiniz? (qısa qeyd edə bilərsiniz) 1 – Çox zəif 2 – Zəif 3 – Orta 4 – Yaxşı 5 – Çox yaxşı Əlavə qeyd 13 İş proseslərində şəffaflıq, ədalətlilik və etik qaydalara riayət olunması sizi nə dərəcədə qane edir? 1 – Çox zəif 2 – Zəif 3 – Orta 4 – Yaxşı 5 – Çox yaxşı Əlavə qeyd 14 İş üçün tələb olunan təlim və hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz? 1 – Çox zəif 2 – Zəif 3 – Orta 4 – Yaxşı 5 – Çox yaxşı Əlavə qeyd 15 İş təhlükəsizliyi prosedurlarını necə qiymətləndirirsiniz? 1 – Çox zəif 2 – Zəif 3 – Orta 4 – Yaxşı 5 – Çox yaxşı Əlavə qeyd 16 Mövcud proseslərin daha şəffaf və etibarlı olması üçün əlavə nəzarət və ya dəyişiklik ehtiyacı gördüyünüz sahələr hansılardır? (istəsəniz konkret nümunə və ya vəziyyət qeyd edə bilərsiniz) Sorğunu tamamladığınız üçün təşəkkür edirik. Cavablarınız iş mühitinin və proseslərin yaxşılaşdırılması üçün dəyərlidir. If you are human, leave this field blank. Submit