Bakı Gəmiqayırma Zavodu MMC

Şirkət haqqında ümumi məlumat

Bakı Gəmiqayırma Zavodu (BSY) 2011-ci ildə Xəzər regionunda dəniz və ofşor sənaye üçün gəmiqayırma və gəmi təmiri xidmətləri göstərmək məqsədilə yaradılıb. Ticarət, sərnişin gəmiləri, yedəkləmə (buksir) gəmiləri, gəmi-bərələr və s.
layihələndirilməsi və konstruksiyası üzrə ixtisaslaşmağımız bu geolokasiyada misilsiz təcrübəni inkişaf etdirməyə imkan verir. BSY dəniz və ofşor sənayedə genişmiqyaslı xidmət göstərən yüksəkkeyfiyyətli gəmilər istehsal etməklə nüfuz qazanıb.

Ağıllı ətraf mühit və təhlükəsizlik prinsiplərini dəstəkləyən və təbliğ edən keyfiyyətli istehsal təmin edərkən müştərilərimizin tələblərinə cavab verməyə çalışırıq. BSY müstəsna ixtisaslı texniklər qrupu və xüsusi rəhbərlik ilə gəminizin müntəzəm texniki xidmətdən tutmuş konversiya və gəminin təcili dokdan açılmasına qədər bütün ehtiyaclarını ödəyə bilər.

  Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il martın 19-da Bakı Gəmiqayırma Zavodunun təməl daşını qoyub və Azərbaycan Respublikasının qanunlarına əsasən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) tərəfindən 2011-ci il mayın 10-da birgə müəssisə yaradılıb. Keppel Offshore Marine (KOM) Xəzər dənizində ən müasir gəmiqayırma və gəmi təmiri obyektini hazırlayıb istifadəyə verib. 20 sentyabr 2013-cü il tarixində Bakı Gəmiqayırma Zavodunun təntənəli açılışı olmuşdur.

Bakı Gəmiqayırma Zavodunun əsas fəaliyyəti dəniz köməkçi gəmilərindən, ümumi təyinatlı gəmilərdən, yedək gəmilərindən, kran gəmilərindən, ixtisaslaşdırılmış gəmilərdən və sərnişin gəmilərindən tutmuş tankerlərə qədər müxtəlif gəmilərin inşasından ibarətdir. Gəmiqayırma Zavodu da bu cür gəmilərin təmiri və konversiyası ilə məşğul olur.

Missiyamız

Xəzər regionunda yeni dünyasəviyyəli obyektlərin tikintisi və təmiri üzrə xidmət təminatçısı olmaq, maraqlı tərəflərimiz üçün müştəri məmnuniyyəti və gəlirliliyə xüsusi diqqət yetirmək və biznesimizin bütün aspektlərində yerli məzmunu maksimum dərəcədə artırmaq.

İş prinsipimiz

Dəniz sənayesində və ofşor sənayedə Azərbaycanın milli simvolu olmaq.

Necə işləyirik?

PROMO-BAKU-SHIPYARD-LLC-1_2.jpeg
Play Video

Şirkətin səhmdarları

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti SOCAR bu gün karbohidrogen sənayesində dünyanın aparıcı şirkətlərindən biridir. Şirkətin fəaliyyəti Azərbaycanda neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və qazılması, emalı, Neft Emalı Zavodu və istehsalından tutmuş məhsulların daxili və xarici bazarlarda daşınmasına, çatdırılmasına və satışına qədər bütün istehsal-marketinq zəncirini əhatə edir. Ətraflı məlumat

"Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) 2006-cı ildə Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış dövlət səhmdar cəmiyyətidir. Şirkətin investisiya fəaliyyətinin məqsədi milli iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən səhmdar cəmiyyətlərin və digər kommersiya müəssisələrinin nizamnamə kapitalında pay əldə etməklə uzunmüddətli investisiyaların təmin edilməsidir. Ətraflı məlumat

Keppel Corporation Limited-in yüz faiz törəmə şirkəti olan Keppel O&M, dəniz qazma qurğularının dizaynı, tikintisi və təmiri, gəmi təmiri və konversiyası, o cümlədən ixtisaslaşdırılmış gəmiqayırma sahəsində liderdir. Keppel O&M-nin "yaxın bazar, yaxın müştəri" strategiyası Asiya-Sakit Okean, Meksika körfəzi, Braziliya, Xəzər dənizi, Yaxın Şərq və Şimal dənizi bölgəsindəki 20 Gəmiqayırma Zavodu və ofisdən ibarət qlobal şəbəkə ilə gücləndirilir. Dünyadakı Gəmiqayırma zavodlarının təcrübəsini və mütəxəssis biliklərini birləşdirərək, qrup dəniz sənayesi və ofşor sənaye üçün üstünlük verilən təchizatçı və tərəfdaş olmağa çalışır. Ətraflı məlumat

Bölgədəki ən böyük Xəzər Gəmiqayırma zavodunu axtarırsınız?