Məmnunluq hissi ilə bildirmək istərdik ki, Bakı Gəmiqayırma Zavodunun Layihələrin İdarəetmə komandası tərəfindən “Şahdəniz 2” layihəsi üzrə boruların yüklənməsi əməliyyatlarında 50,000 yükqaldırma və 500,000-dən artıq təhlükəsiz iş saatının uğurla icra olunması BP şirkəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Biz verilmiş bu dəyəri təqdir edir və icra etdiyimiz bütün layihələrdə işlərin təhlükəsiz və keyfiyyətli şəkildə yerinə yetirilməsini daim ön planda tutaraq bu istiqamətdə fəaliyyətimizi davam etdirməyə çalışırıq.
Fürsətdən istifadə edərək, layihədə iştirak edən bütün əməkdaşlarımıza, xüsusilə Layihə İdarəetmə departamentinə və İstehsalat bölməsinə, həmçinin vahid bir komanda kimi fəaliyyət göstərərək layihənin icrasında göstərdikləri əhəmiyyətli dəstəyə və əməkdaşlığa görə BP Layihə İdarəetmə komandasına öz təşəkkürümüzü bildiririk.
We are thrilled to announce that Baku Shipyard Management & Project Team has received a Recognition Award given by BP for successful management of the Shah Deniz 2 Project Linepipe Load-Out activities achieving 500,000+ LTI hours and 50,000 lifts performed safely.
We appreciate getting such recognition and always strive to continue and maintain safe and qualitative work performance in all projects we do.
Taking this opportunity we would like to say thank you to all involved staff, stakeholders of the project, especially the PMO and operation teams for their great contribution, as well as the BP project team for their significant support and collaboration as a single team.