Gilavar

Gilavar tədqiqat gəmisi üçün geniş təmir, korpus emalı, sistem təmirləri və seysmik avadanlıq üzrə dəstək işləri.

Layihə məlumatı

Gəmi məlumatı

Gəminin adı
Gilavar
Gəmi növü
Tədqiqat / survey gəmisi
IMO
8008539
Müştəri
Caspian Geo MMC
Müddət
08.06.2019 - 10.09.2019
Xidmət
Təmir və konversiya

Texniki parametrlər

Əsas göstəricilər

Əsas ölçülər

Uzunluq
84.97 m
En
15.63 m
Dedveyt
1400 t

Aktiv

Survey

Tədqiqat gəmisi

Uzunluq

84.97m

Əsas ölçü

Dedveyt

1400t

DWT

Müştəri

Caspian Geo

MMC

Ümumi baxış

Layihə icrası

Gilavar layihəsi çənlərin təmizlənməsi, sualtı korpus emalı, korpus işarələri, anker və zəncir işləri, Kort nozzle və sükan işləri, kinston qutusu və thruster barmaqlığı emalı, klapanların təmiri, polad yenilənməsi, helikopter meydançası və mast təmiri, VSAT modifikasiyaları, FRC qayığı təmiri, boru xətlərinin dəyişdirilməsi və seysmik sistemlər üzrə dəstək işlərini əhatə etmişdir.

İş həcmi

Təmir əhatəsi

  • Dizel yağının çəndən təmizlənməsi və pompalanması
  • Grey water çəninin təmizlənməsi və pompalanması
  • Grey water çəninə boşaltma borusunun quraşdırılması
  • Korpus lövhələrinin yüksək təzyiqli yuyulması, qaşınması, qumlanması və boyanması
  • Pər, anodlar, chute-lar, thrusterlər, transducerlər, scupper plug-lar, fenderlər və illüminatorlar üçün qoruyucu hazırlıq
  • Korpus işarələri, gəmi adı, qeydiyyat limanı, draft markalar, freeboard markalar, bulbous bow və thruster işarələrinin boyanması
  • Sol və sağ bort ankerləri və zəncirlərinin quru dokda düzülməsi, təmizlənməsi, yoxlanması, kalibrlənməsi və işarələnməsi
  • Kort nozzle üçün 5 bar təzyiq testi, yüksək təzyiqli yuma, qaşıma, SA 1.5 səviyyəsində qumlama və boya
  • Sement və alt tıxacların çıxarılması
  • Sükan və stern roller üçün yüksək təzyiqli yuma, qaşıma, SA 1.5 səviyyəsində qumlama və boya
  • Sükanın yoxlama üçün sökülməsi, rudder stock lip seal ehtiyatlarının yenilənməsi və rudder stock-un əsaslı təmiri
  • Rope guard üçün yüksək təzyiqli yuma, qaşıma, SA 1.5 səviyyəsində qumlama və boya
  • Sink anodlarının sökülməsi və yeniləri ilə quraşdırılması
  • Kinston qutusunun əl ilə təmizlənməsi, yüksək təzyiqli su jet təmizliyi və SA 1 səviyyəsində qumlama
  • Kinston barmaqlığının sökülməsi, yüksək təzyiqli yuyulması, qumlanması, boyanması və yeni paslanmayan məftillə yerinə quraşdırılması
  • Thruster barmaqlığının sökülməsi, təmizlənməsi, SA 1.0 səviyyəsində qumlanması və boyanması
  • Dəniz suyu süzgəclərinin sökülməsi
  • Dəniz klapanlarının DNV GL klass yoxlaması üçün sökülməsi, əsaslı təmiri, təmizlənməsi və lapping edilməsi
  • BW çəninin korroziyaya uğramış üst lövhəsinin dəyişdirilməsi
  • Helikopter meydançası məhəccərlərinin qumlanması, boyanması və yenidən quraşdırılması
  • Çənlərin hidro və hava təzyiq sınaqları
  • UTM hesabatına əsasən shelter deck, WBT No. 5, PS shell plating və helikopter göyərtəsində polad lövhələrin dəyişdirilməsi
  • Əsas mastın təmiri
  • Helikopter meydançası və körpü drenaj xətlərinin təmiri
  • Korpus lövhələrində çatlamış qaynaq tikişinin UT yoxlaması və təmiri
  • Yeni VSAT antenası üçün bracket modifikasiyası
  • Horizontal və vertikal fenderlərin kimyəvi təmizlənməsi və su ilə yuyulması
  • V-SAT mastının təmiri və pull-out mast üçün yeni dirəyin istehsalı və quraşdırılması
  • Gyrocompasslar üçün yeni skamyaların istehsalı və quraşdırılması
  • Korroziyaya uğramış gəmi illüminator çərçivələrinin təmiri
  • Korroziyaya uğramış və ya qüsurlu vent başlıqlarının sökülməsi, istehsalı və quraşdırılması
  • Zədələnmiş FRC qayığı korpus lövhələrinin təmiri
  • BWT No. 5 qüsurlu boşaltma xəttinin təmiri və dəyişdirilməsi
  • Azimuth thruster və azimuth thruster kinston qutusunun qaşınması, yüksək təzyiqli yuyulması, qumlanması və boyanması
  • Helikopter meydançası altında PS və STBD konsollarının yüksək təzyiqli yuyulması, qumlanması və boyanması
  • Streamer winch clamp-ları üçün 8 dəst bürünc insertin istehsalı və mexaniki emalı
  • Süzgəcin təmiri
  • Fresh water çəninə gedən boru xətlərinin dəyişdirilməsi
  • Superstruktur göyərtəsində yanğın boru xəttinin dəyişdirilməsi
  • Monkey island zonasında dirəyin təmiri
  • Suda ikən PS və STBD korpus lövhələrində Plimsoll markalarının düzəldilməsi
  • Seysmik avadanlıq hissələrinin boşaldılması, yüklənməsi, saxlanması və daşınması
  • Seysmik yüksək təzyiqli hava sisteminin təzyiq sınağı
  • Yüksək təzyiqli hava sistemi və balonların kimyəvi təmizlənməsi və yuyulması
  • Verilmiş çertyoja uyğun Barovane sisteminin istehsalı və quraşdırılması
  • Yeni quraşdırılmış Barovane tubing və pipeline üçün NAS 6 hot oil flushing və 375 bar sınaq
  • Yağlama nasosu və borularının quraşdırılması
  • Yağlama yağı nasosu tubingləri üçün NAS 6 hot oil flushing və 600 bar sınaq
  • Sol və sağ gun deck-də ODIM Monowing hidravlik sisteminin sökülməsi

Mərhələlər

Layihə mərhələlərinin idarə olunması

Hər mərhələ istehsal hazırlığı, keyfiyyət qeydləri və zavod koordinasiyası ətrafında təşkil olunur.

1

Mərhələ 01

Korpus və dok işləri

Gəmi çən təmizliyi, korpus yuyulması, qumlama, boya, işarələmə, anker-zəncir işləri və sualtı elementlərin emalı üçün hazırlandı.

2

Mərhələ 02

Mexaniki və polad təmir

Sükan, Kort nozzle, kinston qutusu, thruster barmaqlığı, klapanlar, süzgəclər, polad lövhələr, mast, helikopter meydançası və drenaj xətləri üzrə işlər tamamlandı.

3

Mərhələ 03

Survey və seysmik sistemlər

VSAT, gyrocompass, FRC, boru xətləri, seysmik hava sistemləri, Barovane tubingləri və ODIM Monowing hidravlik sistemləri təmir, sınaq və modifikasiya edildi.

Xidmət portfeli

Daha çox Təmir və konversiya

Xidmətə qayıt