Castoro 12
Castoro 12 boruduzən barjası üzrə kəsmə, ayırma, quru doklama və transferə hazırlıq işləri.
Layihə məlumatı
Gəmi məlumatı
- Gəminin adı
- MV Castoro 12
- Gəmi növü
- Borudüzən
- IMO
- 9333307
- Müştəri
- North Caspian Service Company LLP / Saipem Portugal Comercio Maritimo, Sociedade Unipessoal LDA
- Müddət
- 02.02.2020 - 11.04.2020
- Xidmət
- Təmir və konversiya
Texniki parametrlər
Əsas göstəricilər
Əsas ölçülər
- Uzunluq
- 101 m
- En
- 29.35 m
- Dedveyt
- 1200 t
Ümumi baxış
Layihə icrası
Castoro 12 boruduzən barjasının Xəzər dənizindən Volqa-Don kanalı vasitəsilə çıxarılması üçün gəminin iki hissəyə ayrılması tələb olunurdu. Baku Shipyard quru doklama, təmir meydançasına transfer, konstruktiv hazırlıq, CL xətti üzrə kəsmə, transvers sistemlərin ayrılması, müvəqqəti bağlamalar, qoruyucu tədbirlər və təhlükəsiz daşınma üçün yekun boya bərpa işlərini icra etmişdir.
İş həcmi
Təmir əhatəsi
- Lazımsız konstruksiyaların, anbar hissələrinin və digər elementlərin sökülməsi daxil olmaqla hazırlıq işləri
- Barjanın quru doklanması və dokdan çıxarılması
- Barjanın təmir meydançasına transferi
- Helikopter meydançası və beveling sahəsi üçün müvəqqəti dayaqların quraşdırılması üzrə polad işləri
- CL xətti boyunca kəsmə və açılışların müvəqqəti bağlanması
- Transvers boru xətlərinin və kabellərin ayrılması
- CL xəttində hər pontonda fenderlərin quraşdırılması
- Helikopter meydançası plitələrinin sökülməsi və helikopter meydançası kirişlərinin kəsilməsi
- Əsas mastın sökülməsi
- Əsas kranın A-frame konstruksiyasının və stingerin sökülməsi
- Hər pontonda yedək bridellərinin və fövqəladə yedək bridellərinin quraşdırılması
- Kabellərin, işıqlandırmanın və xüsusi avadanlıqların hot work işlərindən fire blanket və metal sipərlərlə qorunması
- Lazım olan yerlərdə kəsmə xətti üzrə yanmış sahələrin power tooling ilə emalı və primer qat ilə boya bərpası
Mərhələlər
Layihə mərhələlərinin idarə olunması
Hər mərhələ istehsal hazırlığı, keyfiyyət qeydləri və zavod koordinasiyası ətrafında təşkil olunur.
Mərhələ 01
Hazırlıq və doklama
Barja transfer işlərinə hazırlandı, quru doklandı və nəzarətli konstruktiv əməliyyatlar üçün təmir meydançasına köçürüldü.
Mərhələ 02
Ayırma işləri
CL xətti üzrə kəsmə, sistemlərin ayrılması, helikopter meydançası, mast, kran A-frame və stingerin sökülməsi tamamlandı.
Mərhələ 03
Daşınmaya hazırlıq
Fenderlər, yedək bridelləri, fövqəladə yedək bridelləri, müvəqqəti bağlamalar, hot work qoruması və boya bərpa işləri tamamlandı.
Video
Castoro 12 borudüzən gəmi üzrə işlər
Əlaqəli layihələr
Göyərtə yük gəmisi
Sunkar
Sunkar göyərtə yük gəmisi üçün doklama, konstruktiv yığım, sınaqlar, sistemlərin yenidən quraşdırılması və boya işləri.
Diving Support Vessel
AKADEMIK TOFIK ISMAYILOV
Repair, maintenance, conversion and marine service scope for the diving support vessel AKADEMIK TOFIK ISMAYILOV.
Xidmət portfeli