Baku Shipyard |

Dövlət Dəniz Akademiyasının təqdim etdiyi plana uyğun olaraq keçilən “Tələbələrin tədris və istehsalat təcrübəsi” bu gün başa çatmışdır.

Home » News

6 iyul 2022-ci il tarixindən başlayaraq Bakı Gəmiqayırma Zavodunda Azərbaycan Dövlət Dəniz Akademiyasının təqdim etdiyi plana uyğun olaraq keçilən “Tələbələrin tədris və istehsalat təcrübəsi” bu gün başa çatmışdır.

Təcrübə proqramı çərçivəsində tələbələr ilkin olaraq texniki təhlükəsizlik təlimlərinə cəlb edilmiş, daha sonra zavodun boru, gövdə, mexanika, elektrik kimi istehsalat sahələrində, o cümlədən, icrası davam edən layihələrdə əmək təcrübəsinə yiyələnmişlər.

Təcrübənin sonunda proqramı tamamlayan tələbələrə zavod tərəfindən müvafiq qiymətləndirilmə sənədi, sertifikatlar və hədiyyələr təqdim olunmuşdur.

Share this page
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on telegram