news

“Laçın” tankeri dünyanın ən yaxşı gəmiləri siyahısında yer alıb

ASCO-nun sifarişi əsasında Bakı Bakı Gəmiqayırma Zavodunda inşa edilən Laçın tankeri dünyanın ən yaxşı gəmiləri siyahısında yer alıb. (https://www.rina.org.uk/)
 
“Laçın” tankeri Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects, RINA) siyahısına görə, 2019-cu ildə inşa edilən dünyanın ən yaxşı 50 mülki gəmisindən biri olub.
 
Özünəməxsusluğu ilə seçilən tanker Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. Gəminin uzunluğu 141, eni 16.9 metrdir.
 
Qeyd edək ki, “Laçın” tankeri ötən il dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib. Bu, Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk tankerdir.