news

Çili Respublikasının Müvəqqəti İşlər Vəkili “Bakı Gəmiqayırma Zavodu” MMC- ni ziyarət etmişdir

05 Noyabr, 2019.

Bu gün Çili Respublikasının ölkəmizdəki Müvəqqəti İşlər Vəkili –cənab Gabriel Jara Maldonado və onu müşayiət edən qonaqlar “Bakı Gəmiqayırma Zavodu” MMC- ni (BGZ) ziyarət etmiş və zavodun rəhbərliyi ilə görüşmüşdür. Görüş “Sumqayıt Kimya Sənaye Parkı” MMC –nin dəstəyi və təşkilatçılığı ilə baş tutmuşdur.
Yüksək səviyyəli qonağı salamlayan BGZ- nin baş meneceri İmanverdi Həsənov ilk öncə xoşməramlı ziyarətinə görə cənab Gabriel Jara- ya öz təşəkkürünü bildirmişdir, daha sonra ötən dövr ərzində zavodun həyata keçirdiyi və hal-hazırda davam edən layihələrlə bağlı görülmüş işlər haqqında ətraflı məlumat vermişdir.
Görüşdə həmçinin gələcəkdə gəmi təmiri və inşasının inkişaf perspektivləri, Xəzəryanı ölkələrin bu prosesdəki rolu və s. məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Daha sonra, cənab Səfir yüksək qonaqpərvəliyə və səmimi fikir mübadiləsinə görə BGZ- nin rəhbərliyinə öz təşəkkürünü bildirmiş, Çili Respublikasının gəmiqayırma və mühəndislik şirkətlərinin öz Azərbaycanlı həmkarları ilə əməkdaşlığında maraqlı olduğunu və həmçinin Səfirlik tərəfindən bu kimi təşəbbüslərin dəstəkləndiyi fikirlərini səsləndirmişdir.