news

“Laçın” adlı yeni neft tankeri suya salınmışdır.

Böyük məmnuniyyət hissi ilə qeyd etmək istərdik ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC- nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC (BGZ) tərəfindən tikilməkdə olan “Laçın” adlı yeni neft tankeri suya salınmışdır. Bu tankerin bütövlükdə BGZ-də inşa edilməsi ölkəmizdə ilk belə hadisədir. Bu da öz növbəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmi parkının müasir gəmilərlə yenilənməsində Bakı Gəmiqayırma Zavodunun müstəsna rolunu və ümumilikdə Azərbaycanda gəmiqayırma sənayesinin və gəmiçiliyin inkişafını bir daha təsdiq edir.

Məlumat üçün bildiririk ki, 2016- cı ilin sonunda ASCO və BGZ arasında RST12C tipli iki (2) ədəd Neftdaşıyan Tankerin inşası ilə bağlı müqavilə imzlanmışdır. Özünəməxsus unikallığı ilə seçilən bu gəmilərin layihəsi Odessa Dəniz Mühəndisliyi Bürosu tərəfindən hazırlanmışdır. Gəmilərin tikintisi altı (6) ay intervalı ilə qrafikə uyğun olaraq sürətlə davam edir. Suya endirilən “Laçın” gəmisinin gövdə hissəsinin tikintisi 100% başa çatmışdır. Rəqəmlərlə ifadə etsək bu 860,000 xəsarətsiz iş saatı deməkdir. Qalan tikinti və quraşdırma işləri gəmiqayırma zavodunun yanalma körpüsündə davam etdiriləcəkdir. Gəminin inşası tam bitdikdən sonra dəniz-istismar sınaqlarına başlanacaqdır. Bütövlükdə gəminin 2019- cu ilin iyun ayında təhvil verilməsi planlaşdırılır.

Suya salınma mərasimində İqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin baş meneceri İmanverdi Həsənov iştirak ediblər.

Gəmilərin ümumi xarakteristikasına gəlincə isə, uzunluğu 141 metr, eni 16.9 metr, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7875 T və çayda 5447 T olan tanker 2 ədəd hər biri 1,200kW gücə malik “Wartsila” istehsalı olan mühərriklərlə təchiz edilmişdir. 11 nəfərlik heyətlə idarə edilən bu gəmilər saatda 10 uzel sürətlə hərəkət etmək imkanına malikdirlər. Tankerlərin hər biri xam neft və neft məhsulları daşınması üçün ümumi tutumu 9190 kub metr olan 6 yük tankına malikdirlər.

“Laçın” tankeri ilə yanaşı hazırda BGZ- də eyni tipli ikinci tankerin və 2 ədəd RO-PAX tipli Bərə (CNF18C) gəmisinin tikintisi də sürətlə davam etdirilir. Bu gəmilərin 2019-cu ilin sonuna və 2020-ci ilin əvvəlinə tam tikilib təhvil verilməsi planlaşdırılmışdır.

Xatırladaq ki, Bakı Gəmiqayırma Zavodu 20 sentyabr 2013- cü ildə, cənab prezident İlham Əliyevin iştirakı ilə rəsmi fəaliyyətə başlamışdır və hal- hazırda zavodda 1300-ə yaxın yerli mütəxəssis və işçi heyəti çalışmaqdadır.